• USD: 1.7000
  • EUR: 1.9340
  • RUB: 0.0258
  • TRY: 0.3157
  • Bakı + 11.3 ° C / 81%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsveçrənin nüfuzlu internet saytında “Azərbaycanda iqtisadi güclənmə” adlı məqalə dərc olunub

İsveçrənin nüfuzlu internet saytında “Azərbaycanda iqtisadi güclənmə” adlı məqalə dərc olunub

İsveçrənin 100 mindən çox şirkətini özündə birləşdirən “Economiesuisse” təşkilatının internet saytında "Azərbaycanda iqtisadi güclənmə" adlı məqalə dərc olunub.
məqalədə son dövrlərdə Azərbaycan iqtisadiyyatında müşahidə olunan iqtisadi inkişaf barədə məlumat verilir. Həmçinin Azərbaycanın İsveçrənin ixracatçı şirkətləri üçün əlverişli imkanlara sahib olduğu qeyd edilir.
Məqalədə iqtisadiyyatın neftdən asılılığını azaltmaq məqsədilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlardan da bəhs olunur. Qeyd edilir ki, turizm, informasiya və kommunikasiya texnologiyaları sahəsində ciddi irəliləyişlər əldə olunub. Ölkədə mühüm infrastruktur layihələri həyata keçirilib ki, bu da “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına öz töhfəsini verir.
Məqalədə cari ilin iyul ayında İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammannın rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycanda səfərdə olduğu və bu səfərin ikitərəfli iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verdiyi bildirilir. Azərbaycanın MDB ölkələri arasında ən rəqabətqabiliyyətli ölkə kimi səciyyələndirildiyi məqalədə Azərbaycanda hazırda 71 İsveçrə şirkətinin uğurla fəaliyyət göstərdiyi qeyd olunur və digər İsveçrə şirkətləri də bu imkanlardan faydalanmağa dəvət olunur.

Elgün Niftəli, 
AZƏRTAC-ın xüsusi müxbiri
Bern

12 2018 22:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin