Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saatlıda Əlisoltanlı kənd orta məktəbini bitirən şagirdlərdən 24-ü tələbə adını qazanıb

Saatlıda Əlisoltanlı kənd orta məktəbini bitirən şagirdlərdən 24-ü tələbə adını qazanıb

Saatlıda ümumtəhsil məktəblərini bitirən onbirincilər arasında ən yüksək nəticəni Əlisoltanlı kənd tam orta məktəbinin məzunları əldə edib.

Məktəbin direktoru Nizami Məmmədov bildirib ki, builki buraxılışda təhsil müəssisəsini 31 məzun bitirib. Onlardan 28-i ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib və 24-ü tələbə adını qazanıb. Məzunlardan 9 nəfəri 500-600 arası, 1 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Ali məktəbə qəbul olan şagirdlər arasında daha çox fərqlənən isə Mircavid Abbasov olub. O, 620 bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub.

Məktəbin direktoru onu da qeyd edib ki, ötən il məktəbi bitirən 21 şagirddən 17-si ali təhsil müəssisəsinə qəbul olub. Tələbə adını qazananlardan 5 nəfəri 600-dən yuxarı bal toplayıb.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

4 2019 14:52 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə