• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şamaxı Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2018-ci ildə küçələrin cari təmiri və şəhər təsərrüfatına elektrik avadanlığının, mal-materialların və inventarların satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Şamaxı Rayon İcra Hakimiyyətinin Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2018-ci ildə  küçələrin cari  təmiri və şəhər təsərrüfatına elektrik avadanlığının, mal-materialların  və inventarların satınalınması məqsədilə AÇIQ  TENDER  ELAN  EDİR

Tender 2  lot üzrə keçirilir.
Lot -1.  Şəhər küçələrinin carı təmirinin satınalınması.
Lot-2. Şəhər təsərrüfatına lazım olan elektrik avadanlığının, mal-material və inventarların satınalınması.
Tender iştirakçılarına təklif olunur  ki, öz  tender  təkliflərini möhürlənmiş, imzalanmış  ikiqat zərflərdə yazılı  surətdə təqdim etsinlər.  Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki  imkanlara malik olmalıdırlar. 
Müqavilə 2018-ci il dekabrın 31-dək yerinə yetirilməlidir.
Tenderdə iştirak etmək istəyənlər  aşağıdakı məbləğdə iştirak haqqını  göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Şamaxı şəhəri, H.Əliyev küçəsi, 27 nömrəli ünvanda yerləşən Şamaxı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən (əlaqələndirici şəxs: Zaur Mikayılovdan, tel: 02026-5-33-46) ala bilərlər.
İştirak haqqı hər lot üçün 200 manatdır.
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Təşkilat:  Şamaxı Rayon Yerli Xəzinədarlıq Orqanı
H\h: AZ42 CTRE 00000000000002512732 
VÖEN: 8400081801  DXA 
Kod: 210005  
VÖEN: 1415550171 
M\ h: AZ41 NABZ 01360100000003003944
S.W.İ.F.T BİK CTRCAZ22
 İştirak haqqı heç bir  halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün  aşağıdakı sənədləri  4 oktyabr  2018-ci il saat 17.00-dək təqdim etməlidirlər:
- tenderdə  iştirak etmək üçün ərizə;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank günü müddətində qüvvədə  olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi  həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı tarixdən ən azı 60 bank günü müddətinə qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında  vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı  keçmiş öhdəliklərin  olmaması  haqqında  müvafiq vergi orqanı tərəfindən arayış;
- iddiaçının  son bir il ərzində  maliyyə  vəsaiti barədə bank tərəfindən verilmiş arayış;
- iddiaçının  tam adı, hüquqi statusu,  nizamnaməsi,  qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- analoji  işlərdə təcrübəsi, iddiaçının  potensial texniki və kadr imkanları  haqqında məlumat.
Sənədlər Azərbaycan  dilində, 2  nüsxədə  (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə  olan tender  təklifləri Azərbaycan dilinə  tərcümə olunmalıdır).
Tender  proseduru  “Dövlət satınalmaları  haqqında” Qanuna uyğun keçiriləcəkdir.  
 İddiaçılar  tenderdə iştirak etmək üçün  yuxarıda  göstərilən sənədləri əlavə iş cədvəli, tender təklifi və bank zəmanətini  möhürlənmiş ikiqat zərfdə 12 oktyabr 2018-ci il saat 17.00-a qədər təqdim etməlidirlər.  
Yuxarıda göstərilən tarixdən gec təqdim   olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 15 oktyabr 2018-ci il saat 10.00-da yuxarıda göstərilən ünvanda  açılacaqdır.
 İddiaçıların səlahiyyətli  nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

12 2018 22:47 - REKLAMLAR VƏ ELANLAR
REKLAMLAR VƏ ELANLAR
19 Sentyabr 2018 | 01:24
Bildiriş
19 Sentyabr 2018 | 01:23
Bildiriş

Ən son xəbərləri səhifəmizdən də izləyin