Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Orqanizm üçün çox vacib element

Orqanizm üçün çox vacib element

Orqanizmdə maqniy elementi 300 biokimyəvi reaksiyada iştirak edir. Təzyiqin normasına, maddələr mübadiləsinə, immun sistemə, kalsium mənimsənilməsinə, əzələ-sinirlərə, zülal metobolizminə cavabdeh əsas zəncirdir. Ona görə insan sutkalıq maqniy dozasını almalıdır. Orqanizmdə maqniy çatışmayanda, insan özünü çox pis hiss edir. Maqniy çatışmazlığının 10 əlamətini təqdim edirik. Əslində, insanın zahiri əlamətlərinə və davranışına, şikayətlərinə baxaraq, maqniy defisitini görmək olur.

1.Əzələ qıcolmaları, keyimələr: Əgər əl-ayaq barmaqlarınız keyiyirsə, qıc olub tutulursa, xüsusən yuxudan dəhşətli qıcolma ağrısı ilə oyanırsızsa, deməli, maqniy çatışmır. Sağlam insanın dayandığı yerdə əl-ayağı qıc olmaz.

2.Miqren: Hazırda miqren geniş yayılıb. Baş boyun əzələlərinin gərginliyindən qaynaqlanan miqrenin də kökündə maqniy yetməzliyi dayanır. Həkimlər bildirir ki, miqren xəstələrinə maqniy verdikdə, ürəkbulanma, işıq və səsə həssaslıq itir, daha asan keçirir.

3.Yuxusuzluq: Əgər yata bilmirsinizsə, yuxunuz qırıq-qırıqdırsa, çoxdandır şirin yuxuya həsrətsinizsə, maqniyi yoxladın. 

4.Yüksək arterial təzyiq: Maqniy təbii blokator rolunu oynayır, hansı ki, təzyiq dərmanlarının da rolu eynidir. Orqanizmində yetəri qədər maqniy olan insanların təzyiqi normal, damarları yaxşı olur.

5.Oynaqlarda ağrı: Maqniyi əskik olan  insanların sümük və oynaqları ağrıyır, sızıldayır. Əgər oynaqlarınızda problem varsa, maqniy defisitini yoxladın.

6.Qəbizlik: Bağırsağın normal işləməsi üçün maqniy çox lazımdır. Qəbizliyi olanlarda maqniy çatışmır. Maqniy bağırsaqların yumşalmasında rol oynayır.

7.Astma: Alimlər bildirir ki, astma xəstələrinin qanında maqniy artırıldıqda, nəfəsalması yaxşılaşır, tutmalar azalır.

8.Aritmiya: Ürək döyüntülərinin artması, dəyişməsi maqniydən çox asılıdır. Maqniy əskik olanda damarlar sıradan çıxır.

9.Depressiya: Beyin və əhval ruhiyyə maqniysiz olmur. Maqniy az olanda depressiya və psixi problemlər yaranır. Elmi tədqiqatlar sübut edib ki, depressiya, nevrozdan əziyyət çəkən insanlara maqniy təyin olunmalıdır.

10.Şirniyyata meyillik: Orqanizmdə mayniy az olanda, şirin qidalara tələbat artırr. Əgər maqniy ehtiyatı artsa, şəkərə tələbat da azalacaq.

Bəs maqniyi hansı qidalardan alaq? – Bunun üçün daim küncüt, qoz, fındıq, badam, avokado, banan, kakao, buğda, qarabaşaq, yumurta, ispanaq, yulaf yemək məsləhətdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

4 2019 12:56 - SƏHİYYƏ
SƏHİYYƏ
23 Oktyabr 2019 | 17:04
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə