Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

LDU yeni tədris ilini sürprizlərlə qarşılayır

LDU yeni tədris ilini sürprizlərlə qarşılayır

Yeni tədris ili Lənkəran Dövlət Universitetinin həyatında ən əlamətdar il kimi yadda qalacaq. Universitet tələbələrini xoş sürprizlərlə qarşılayır. Ən ürəkaçan yenilk cari tədris ilində iki yeni tədris korpusunun və 160 yerlik yeni yataqxana binasının inşa olunub istifadəyə verilməsidir.

Hazırda LDU-da paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün regionlarından tələbələr təhsil alırlar. Onlar üçün tikilmiş yataqxana binası tam modern uslubdadır və burada tələbələrin rahat yaşamaları, istirahət etmələri üçün hər cür şərait yaradılıb.Yataqxana binası fasiləsiz internetlə təmin olunub, burada kitabxana, idman, istirahət otaqları onların ixtiyarına veriləcək.

Yeni tədris korpuslarının inşa olunması da cari tədris ilinin ürəkaçan yeniliklərdəndir. Məlumat üçün bildirim ki, son illərdə Lənkəran Dövlət Universitetinə tələbə qəbulu təqribən  2 dəfədən  çox artıb. Təkcə  bu il LDU-ya   30 ixtisas üzrə 1200-ə qədər tələbə qəbul olunub ki, bu da universitetin tarixində rekord nəticədir.

Bölgədə pedaqoji ixtisaslar üzrə mütəxəssislərə olan tələbatı ödəmək məqsədilə bu ildən fizika, riyaziyyat,təsviri incəsənət müəllimliyi ixtisasları üzrə  kadr hazırlığını həyata keçirəcəyik. Qeyd edək ki, ölkənin ən gənc tələbəsi də LDU-da təhsil alacaqdır. Lənkəran rayonunun Şilavar kənd sakini,15 yaşlı Miryusif  Feyzullazadə universitetimizin turizm və otelçilk ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.

Yeni istifadəyə veriləcək 5 mərtəbəli  tədris binasında universitetin Təbiyyat fakültəsinin tələbələri dərslərini keçəcəklər.Yeni tədris korpusunda müasir tipli kimiya və biologiya tədris laboratoriyaları Almaniya istehsalı olan modern avadanlıqlarla, qurğularla  təmin edilib. Tələbələrin informatika dərslərini yüksək səviyyədə keçmələri üçün tədris korpusunda yeni kompyuterlərlə təchiz olunmuş informatika kabinetləri yaradılıb, dərs otaqlarında elektron lövhələr quraşdırılıb.

Universitetin I saylı tədris korpusu da yeni təhsil ili üçün əsaslı təmir olunub. Ümumiyyətlə, LDU-nun bütün tədris korpuslarında dərslər yeni tədris ilindən müasir səviyyədə qurulmuş  dərs otaqlarında keçiriləcəkdir. Universitetin 4 fakültəsi - Təbiyyat, İqtisadiyyat və idarəetmə, Humanitar, Aqrar və mühəndislik fakültələrinin hər biri cari tədris ilindən ayrıca korpuslarda yerləşdirilib. Hər bir fakültəyə aid olan laboratoriyalar müasir səviyyədə yeni tədris binalarında quraşdırılmışdır. Elmi biliklərin təcrübədə tətbiqinə nail olmaq və aqrar yönümlü kadrların praktik hazırlıq səviyyəsini yüksəltmək məqsədilə Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən Aqrar və mühəndislik fakültəsinin tələbə- müəllim heyətinin iştirakı ilə tədris-təcrübə təsərrüfatında yazlıq və payızlıq əkinlər keçirilir, sitrus bağı və çay plantasiyası salınıb.

Universitetdə eyni zamanda yeni istifadəyə verilmiş müasir tipli “Baytarlıq”, “Baytarlıq cərrahiyəsi”, “Qida məhsulları texnologiyası” və “Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyaları yeni tədris ilinə tam şəkildə hazırlanmışdır.    Universitetdə bakalavriat və magistratura səviyyələri üzrə bütün ixtisasların tədris planları yenidən işlənərək hazırlanılmışdır. Burada fənnlərin semestrlər üzrə keçirilmə ardıcıllığı və peşə hazırlığı üzrə seçmə fənllər dəyişdirilərək ixtisasların spesfikasına uyğunlaşdırılmışdır.

Universitet keçən tədris ilində ikili diplom proqramı üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ilə ikitərəfli müqavilə imzalamışdır. Artıq bu tədris ilində İqtisadiyyat və Biznesin idarə edilməsi ixtisasları üzrə iki tələbəmiz Azərbaycan Dövlət İqtisad Universitetində həmin proqram əsasında təhsilini davam etdirəcəkdir.

Xatırladaq ki, Lənkəran Dövlət Universiteti ötən tədris ilinədək Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot lahiyənin iştirakçısı olmuşdur. Bu tədris ilində də həmin istiqamətdə işləri davam etdirəcəyik.  Cari tədris ilindən  LDU-nun  regionun bir neçə orta məktəbini himayəyə götürlməsi məsələsi də öz həllini tapacaqdır .

 

Natiq İBRAHİNOV,
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən

4 2019 11:16 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə