• USD: 1.7000
  • EUR: 1.9377
  • RUB: 0.0257
  • TRY: 0.3178
  • Bakı + 11.9 ° C / 80%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” ASC Birləşmiş Sukanal MMC-nin Şəki Sukanal Törəmə Səhmdar Cəmiyyəti Şəki şəhərində su və kanalizasiya xətlərinin cari təmirinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

“Azərsu” ASC Birləşmiş Sukanal MMC-nin Şəki Sukanal Törəmə Səhmdar Cəmiyyəti Şəki şəhərində su və kanalizasiya xətlərinin cari təmirinin  satınalınması məqsədilə AÇIQ  TENDER  ELAN  EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Şəki şəhəri, S. Mümtaz küçəsi, 47 nömrəli ünvandan ala bilərlər.
Əlaqələndirici şəxs: Güloğlan Məcidov, (055)-672-55-23.
İştirak haqqı 100 manatdır.
Təşkilatın adı : “Şəki Sukanal” TSC
H/h: AZ26AIIB38030019447000230170
VÖEN :3000118211
Bank: “Kapital bank”ın Şəki filialı
Kod: 200703              
VÖEN: 9900003611 
Müxbir hesab: AZ37NABZ 01350100000000001944   
S.W.I.F.T BİK :AIIBAZ2X       
İştirak haqqı heç bir halda geri ­qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 4 oktyabr 2018-ci il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 12 oktyabr 2018-ci il saat ­18.00-a qədər Şəki şəhəri, S.Mümtaz küçəsi, 47 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan  zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 15  oktyabr 2018-ci il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

 

12 2018 22:46 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Noyabr 2018 | 00:52
B İ L D İ R İ Ş

Ən son xəbərləri səhifəmizdən də izləyin