Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Heç kimin gözləmədiyi nəticə

UEFA Millətlər Liqası turnirində  keçirilmiş  növbəti yeddi  oyundan birinin  nəticəsi futbol  aləmi  üçün çox  gözlənilməz  olmuşdur. “A”  divizionunun 4-cü  qrupunda  çıxış  edən  İspaniya  millisi sonuncu dünya  çempionatının gümüş  mükafatçısı Xorvatiya komandasını altı  cavabsız  qolla ağır məğlubiyyətə  uğratmışdır – 6:0.
Bosniya və  Herseqovina  yığmasını  da ayrıca  qeyd  etmək olar. Bosniyalılar  bu  yaxınlaradək Azərbaycan komandasının  baş  məşqçısı olmuş xorvatiyalı mütəxəssis Robert Prosineçkinin  rəhbərliyi  altında 2-ci  oyunlarında da meydanı qələbə  ilə  tərk  etmişlər. İlk görüşdə  səfərdə Şimali İrlandiya  yığmasına qalib gələn Bosniya  və Herseqovina futbolçuları bu dəfə öz azarkeşləri qarşısında avstriyalı  qonaqları  üzərində 1:0  hesabı ilə  qələbə  qazanaraq “B” divizionunun 3-cü  qrupunda 6  xalla  vahid lider mövqeyinə  yüksəlmişlər.
Digər  oyunlarda isə  hakimlər aşağıdakı  nəticələri  qeydə  almışlar: İslandiya – Belçika – 0:3, Finlandiya – Estoniya – 1:0, Macarıstan – Yunanıstan – 2:1, Moldova – Belarus – 0:0, San Marino – Lüksemburq – 0:3.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

12 Sentyabr 2018 22:41 - İDMAN
İDMAN
30 Sentyabr 2020 | 10:11
Bakıdakı Qran-pri ləğv olundu
30 Sentyabr 2020 | 09:59
"Traktor"dan Azərbaycana dəstək
29 Sentyabr 2020 | 21:41
Messinin rekordu təkrarlandı

Köhnə versiyamızdan xəbərləri izlə