• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 25 ° C / 69%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell”dən hədiyyə internet

“Azercell”dən  hədiyyə internet

Endirimli tarif paketləri, unikal xidmətləri və sərfəli kampaniyalarla yay ayları ərzində hər kəsi sevindirən Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” dərs ilinin başlanması ilə əlaqədar abunəçilərinə yeniliklər vəd edir. 
 2018-ci il sentyabrın 12-dən dekabrın 15-dək  keçiriləcək yeni kampaniya çərçivəsində “Gənc OL8” tarifinə qoşulan hər bir kəs “Azercell”dən aylıq 1GB hədiyyə  əldə edəcək. Abunəçilər bu pulsuz internet paketindən ayda 1 dəfə olmaqla növəbti 3 ayda yararlana biləcəklər. “Gənc OL8” tarif paketinə qoşulmaq üçün SimSim abunəçiləri “G8” yazıb 7575-ə göndərməlidirlər. Beləliklə, ayda cəmi 8 manat  ödəyib “Gənc OL8” tarif paketinə qoşulmaqla abunəçilər 4GB əvəzinə 5GB internet, üstəlik, “Gənc OL” abunəçiləri arasında  pulsuz 400 dəqiqə, şəbəkədaxili isə  400 pulsuz sms əldə edəcəklər.
“Gənc OL8” tarifinin üstünlükləri bununla bitmir. Bu tarifə qoşulmaqla “Azercell” müştəriləri sərfəli tarifdən yararlanmaqla yanaşı, müxtəlif endirimlər və kampaniyalardan da faydalana bilərlər. Hazırda, “Gənc OL” paketi ilə abunəçilər 200-dən artıq məkanda çox sərfəli endirimlərdən yararlanırlar. Hər gün yenilənən endirim siyahısı ilə abunəçilər www.gencol.az portalı vasitəsilə tanış ola bilərlər.  
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət etmək olar.
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48 faiz bazar payına malik olan “Azercell”in şəbəkəsi ölkə ərazisinin 80 faizini (işğal altında olan 20 faiz ərazi istisna olmaqla), əhalinin isə 99,8 faizini əhatə edir. Hazırda 4,5 milyon abunəçi “Azercell”in xidmətlərindən istifadə edir. 

 

12 2018 22:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin