• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Karen Pirs: Prezident Ərdoğanın mövqeyi ilə tam razıyıq

Britaniyalı diplomat İdliblə bağlı açıqlama verib

Karen Pirs: Prezident Ərdoğanın mövqeyi ilə tam razıyıq

Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Karen Pirs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın nüfuzlu “The Wall Street Journal” qəzetində dərc olunmuş İdlibdəki vəziyyətə həsr olunan  məqaləsində səslənən fikirləri dəstəkləyib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 
Britaniyalı xanım diplomat BMT-nin Təhlükəsizlik Şurasının (TŞ) İdlibdəki vəziyyətlə bağlı fövqəladə iclasında çıxışı zamanı bildirib ki, rəsmi London cənab Ərdoğanın bu məsələ ilə bağlı mövqeyini tamamilə dəstəkləyir. Onun sözlərinə görə, TŞ Ankaranın İdlibdə vəziyyətin nizamlanması ilə bağlı planını təcili müzakirə etməlidir. 
K.Pirs sonra deyib: “Biz seçim etməliyik: ya Rusiya və Əsəd İdlibə hücum edir, yaxud, Türkiyə terrorçu qruplarla mücadiləni davam etdirir. Ankaranın planına görə Əsəd rejimi terrorçularla mübarizə aparan müxalifət nümayəndələrinə hücum etməməlidir. TŞ bunu mütləq  nəzərə almalıdır”.  
Yeri gəlmişkən, TŞ-nin fövqəladə iclası ­Rusiyanın təşəbbüsü ilə keçirilib. Tədbirdə Rusiya, Türkiyə və İran prezidentlərinin İdliblə bağlı Tehranda keçirilən sammitinin nəticələri müzakirə edilib.   
Bu arada BMT-nin Baş katibi Antoniu Qutterreş Türkiyə, Rusiya və İran prezidentlərinə müraciət edərək, onları İdlibdə hərbi əməliyyatların qarşısını almaq və dinc əhalini müdafiə etmək üçün səy göstərməyə çağırıb. Quttereşin fikrinə, İdlibdə genişmiqyaslı hərbi əməliyyatlar bölgədə misli görünməmiş humanitar fəlakətə səbəb ola bilər.  
Baş katib xatırladıb ki, İdlibin üç milyonluq əhalisinin yarısını Suriyanın digər bölgələrindən olan ailələr təşkil edir. Bu insanların həyatını yenidən təhlükə altında qoymaq yolverilməzdir. 

M.HACIXANLI, 
“Xalq qəzeti”

12 2018 22:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin