Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab Şavkat Mirziyoyevə

Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab Şavkat Mirziyoyevə

Hörmətli Şavkat Miromonoviç!
 
Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. 
 Qardaş Özbəkistanın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklər, sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun gündən-günə artması bizi sevindirir. 
 İnanıram ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin və strateji tərəfdaşlığının daha da möhkəmlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın ikitərəfli və çoxtərəfli qaydada dərinləşməsi bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. 
 Hörmətli Şavkat Miromonoviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim sülh və firavanlıq diləyirəm. 

Hörmətlə,

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust 2019-cu il

1 2019 12:18 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə