Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 378 Bakı şəhəri, 30 avqust 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 2015-ci il 17 aprel tarixli 109 nömrəli və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli 549 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi -Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 iyun tarixli 748 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının   Nazirlər Kabineti   QƏRARA ALIR:
1. “Azərbaycan Aqrar-Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 4, maddə 476; 2018, № 8, maddə 1805) 6-cı hissəsində “Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” sözləri “Nazirliyinin tabeliyində Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2745; 2019, № 3, maddə 524) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.8-ci bənd ləğv edilsin;
2.2. 3.1-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2-ci bənd əlavə edilsin:
“3.2. “Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu” publik hüquqi şəxs.”.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə