Ən son xəbərlər
Şəkər insan sağlamlığı üçün ən zərərli qidalardan biridir. Bu, Yeni Zelandiyanın Otaqo Universitetinin alimlərinin araşdırması nəticəsində bəlli olub. Tədqiqatçılar 1965-2013-cü illərdə aparılmış çoxsaylı elmi araşdırmaların nəticələrini analiz etdikdən sonra bu qərara gəliblər. Bildirilir ki, şəkər ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur. Bundan başqa, şəkər istehlakı arterial təzyiqin yüksəlməsinə səbəb olan əsas amillərdəndir.
Məlumatı “MEDdaily” yayıb.
Hazırladı:
Elçin ABBASOV,
“Xalq qəzeti”
Ən son xəbərləri səhifəmizdən də izləyin