Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 377 Bakı şəhəri, 30 avqust 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 mart tarixli 107 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 mart tarixli 107 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 3, maddə 617, № 11, maddə 2433) ilə təsdiq edilmiş “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, aylıq təqaüd, tibbi yardım və beynəlxalq nəqliyyat xərclərini əhatə edir.”.
2. 2.3-cü bənddə “Nəqliyyat” sözü “Beynəlxalq nəqliyyat” sözləri ilə əvəz edilsin.
3. 3.2.2-ci yarımbəndin birinci cümləsinə və üçüncü cümləsinə hər iki halda “nəqliyyat” sözündən əvvəl “beynəlxalq” sözü əlavə edilsin, ikinci cümləsində “Nəqliyyat” sözü “Beynəlxalq nəqliyyat” sözləri ilə əvəz edilsin.
4. Həmin Qaydalara əlavə - “Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində verilən təhsil qrantının məbləği” üzrə:
4.1. “(viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, zəruri tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, ildə bir dəfə ölkələrinə gediş və gəliş)” sözləri çıxarılsın;
4.2. “Qeyd”də “nəqliyyat” sözü “beynəlxalq nəqliyyat” sözləri ilə əvəz edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə