Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sentyabrın 1-də gözlənilən hava şəraiti haqqında məlumat

Sentyabrın 1-də gözlənilən hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  gecə 16-20° isti, gündüz  23-26° isti,

Bakıda gecə 17-19° isti, gündüz  24-26°  isti  təşkil edəcək.

Atmosfer  təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 70-80%, gündüz  55-65%  olacaq.  

Abşeron çimərliklərində gözlənilən  hava şəraiti

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu: 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında

Bəzi yerlərdə şimşək  çaxacağı, yağış yağacağı gözlənilir.  Gecə ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  

14-19° isti, gündüz  25-30° isti, dağlarda gecə 8-13° isti,  gündüz  15-20°  isti təşkil edəcək.

31 2019 16:33 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə