Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsanların əcdadının görüntüsü yayıldı

İnsanların əcdadının görüntüsü yayıldı

Elm dünyası 2016-cı ildə Efiopiyada tapılan kəllənin araşdırmasını başa çatdırıb. Mütəxəssislər 3,8 milyon il yaşı olduğu təxmin edilən kəllə sümüyünü incələdikdən sonra ilk insanın necə göründüyünü modelləşdirib. Bu barədə milli.az saytı məlumat yayıb.

Məlumatda deyilir ki, 3,8 milyon il yaşı olan kəllə Efiopoyanın Voronso-Mille məntəqəsindən tapılıb.

Efiopiyanın Afar bölgəsində tapılan kəllənin yaxşı vəziyyətdə olduğunu bildirən mütəxəsislər "bu kəllənin 4,1 - 3,8 milyon il əvvəldən qaldığı təxmin olunur" açıqlamasını veriblər.

Mütəxəssislər kəlləni modelləşdirdikdən sonra insanların əcdadının necə göründüyünü ortaya çıxarıblar.

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

31 2019 14:57 -
31 Oktyabr 2019 | 16:59
Noyabr ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə