• USD: 1.7000
  • EUR: 1.9340
  • RUB: 0.0258
  • TRY: 0.3157
  • Bakı + 11.3 ° C / 81%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının azad olunmasının 100 illiyi ilə bağlı sərgi təşkil edilib

Bakının azad olunmasının 100 illiyi ilə bağlı sərgi təşkil edilib

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) sərgi salonunda Bakının bolşevik-daşnak işğalından azad olunmasının və paytaxt elan edilməsinin 100 illiyi münasibətilə sərgi təşkil olunub. Bu barədə MEK-in beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

 Məlumata görə, sərgidə kitabxananın fondlarında mühafizə edilən “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Nuru Paşa”, “Azərbaycan-Türkiyə münasibətləri”, “Qafqazın imdadına çatan türkün könül nəğmələri”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “1926-cı il I Bakı Türkoloji Qurultayı”, “Bakı qəhrəman şəhərdir”, “Bakı İslam mədəniyyətinin paytaxtıdır”, “Bakı - tarixin səhifələri”, “Bakının memarlıq ensiklopediyası”, “Bakı simfoniyası” və s. kitablar nümayiş olunur. Sərgi sentyabrın 30-dək davam edəcək.

Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən kitablar kitabxananın elektron kataloqunda qeyd olunaraq MEK-in 2017-ci ilin dekabr ayından Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli Rəqəmsal Yaddaş üçün ümummilli əhəmiyyət kəsb edən məlumatların toplanması, ekspertizası və etibarlı saxlanılması” layihəsi çərçivəsində formalaşdırdığı MRY bazasında yerləşdirilib.

Qeyd edək ki, sentyabrın 15-i Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını bolşevik-daşnak işğalından azad etməsindən 100 il ötür. 1918-ci il sentyabrın 15-də həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bu hadisə XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir.

 

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

12 2018 18:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin