Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul edib

Ekologiya və Təbii Sərvətlər naziri və müavinləri vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 30 avqust 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lənkəran, Lerik, Masallı, Yardımlı və Astara rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl nazir və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Həmin gün Ekologiya və Təbii Sərvətlər nazirinin müavinləri Firdovsi Əliyev Lerik, Rauf Hacıyev isə Masallı rayonlarından olan vətəndaşlarla görüşüb.

Qəbullar zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə,vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

30 2019 17:18 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə