Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Timur Əsgərov “Anna Karenina” baletində qraf Vronskinin partiyasını ifa edəcək

Timur Əsgərov “Anna Karenina” baletində qraf Vronskinin partiyasını ifa edəcək

Noyabrın 17-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Rodion Şedrinin “Anna Karenina” baleti nümayiş olunacaq.

Axşam seansında səhnə əsərində qraf Vronskinin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

Baletin Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında premyerası 2010-cu il aprelin 15-də keçirilib.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

30 2019 15:03 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə