Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çin Elmlər Akademiyası ATU ilə əməkdaşlıq niyyətindədir

Çin Xalq Respublikasının Elmlər Akademiyasının nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Tibb Universitetinin rəhbərliyi ilə görüşüb.

ATU-nun müalicə və tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev görüşdə ölkəmizin tarixi, sosial-iqtisadi durumu, təhsillə bağlı həyata keçirilən islahatlar və digər önəmli məsələlər haqqında qonaqlara məlumat verib. Həmçinin, Tibb Universitetinin yaradılması, fəaliyyəti, mövcud tədris və təhsil sistemi, beynəlxalq əlaqələri barədə məlumatı çinli alimlərin diqqətinə çatdırıb. Qeyd edib ki,  8 minə yaxın tələbəsi olan ATU-da 3 dildə tədris aparılır. Burada 25 ölkədən  tələbə təhsil alır. 1300-dən çox pedaqoji kadrı olan ATU-da 60 elmlər doktoru, 850 elmlər namizədi, 120 professor və 324 dosent çalışır.

ÇXR Elmlər Akademiyasının vitse-prezidenti, Fizika İnstitutunun direktoru, professor Enge qeyd edib ki, səfərin məqsəci təcrübə mübadiləsi aparmaq, həmçinin birgə layihələrin reallaşdırılması imkanlarını araşdırmaqdır. Professor bildirib ki, yaxın vaxtlarda Çin Elmlər Akademiyasının Fizika İnstitunun nəzdində əczaçılıq mərkəzi yaradılıb. O, mərkəzin işinin təkmilləşdirilməsi, fəaliyyətinin daha səmərəli qurulması üçün ATU ilə əməkdaşlığa önəm verdiyini qeyd edib. Azərbaycanın müalicəvi bitkilərlə zəngin olduğunu nəzərə alaraq, ATU ilə əməkdaşlığın böyük fayda verəcəyindən əmin olduğunu bildirib.

Görüşdə əməkdaşlıq sazişinin imzalanması ilə bağlı razılıq əldə olunub.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 Avqust 2019 14:57 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə