Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Geomaqnit qasırğasının insan orqanizminə təsiri

Geomaqnit qasırğasının insan orqanizminə təsiri

Ötən əsrin əvvəllərindən etibarən həkimlər xəstələrə müalicə yazarkən yaşadığımız ətraf mühitin meteo-klimatik faktorlarını da nəzərə alırlar. Çünki bu faktorların insan orqanizminə bəlli təsiri var. Bu barədə ATU-nun kliniki farmakologiya kafedrasının assistenti, Tədris Terapevtik klinikasının terapevt kardioloqu Arzu Bəydəmirova fikirlərini açıqlayıb.

A.Bəydəmirovanın sözlərinə görə, xarici mühit amillərinin insan orqanizminə təsirinin öyrənilməsində yerin maqnit sahəsinin, xüsusən geomaqnit qasırğaları zamanı müxtəlif funksional sistemlərdə baş verən dəyişikliklərin araşdırılması mühüm yer tutur. ÜST-nin hesabatına görə insan orqanizminə ultra kiçik tezlikli sahələrin təsiri neyro həssaslıq, neyroendokrin sistem, neyrodegenerativ pozğunluqlar yaradır ki, bu da özünü kəskin, xroniki bioloji effektlərin əmələ gəlməsinə səbəb olur. O deyir:

“Məlum olub ki, günəş qığılcımından dərhal sonra insanların vəziyyəti pisləşir. Bu vəziyyət maqnit qasırğasının başlanması ilə maksimal həddə çatır. Bu onunla izah olunur ki, günəş qığılcımından təxminən 8 dəqiqə sonra günəş işığı yerin atmosferini keçir və orada orqanizmin fəaliyyətinə təsir edir. Geomaqnit qasırğasından 1 gün əvvəl müxtəlif patoloji reaksiyaların artması məhz bununla əlaqədardır. Bu ona görə baş verir ki, insan orqanizmində maqnitə həssas reseptor sistemi mövcuddur. Məsələn, orientasiyaya görə cavabdeh olan mərkəz qlabbelladan 3-4 sm dərinliyində - yəni pazabənzər sümüyün beyinlə, qoxu və görmə sinirləri ilə birləşdiyi nöqtədə yerləşir. Tədqiqatlar göstərir ki, orqanizmdə böyrəküstü vəzilərdə maqnit qasırğasına cavab verən güclü maqnit reseptorları var ki, qasırğa baş verən bu reseptorlar qıcıqlanır. Nəticədə adrenalin ifrazı kəskin artır, adrenalin və noradrenalinin sintezi sürətlənir”.

Həkim kardioloq bildirir ki, adrenalin və noradrenalin trombositlərin aqreqasiyasının güclü indikatoru sayılır. Onların sintezinin sürətlənməsi bir tərəfdən damarların daralmasına, digər tərəfdən isə hiperkoaqulyasiyanın artmasına səbəb olur.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 2019 14:55 - SƏHİYYƏ
SƏHİYYƏ
23 Oktyabr 2019 | 17:04
Həkim məsləhəti

Köhnə versiyamızdan xəbərləri izlə