Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tramp Polşa səfərini təxirə salıb

Tramp Polşa səfərini təxirə salıb

ABŞ Prezidenti Donald Trampın Polşaya nəzərdə tutulan rəsmi səfəri Florida ştatının sahillərinə doğru yaxınlaşan “Dorian” qasırğasına görə təxirə salınıb.

Varşavada ABŞ nümayəndə heyətinə rəhbərliyi vitse-prezident Mayk Pens edəcəkdir.

Qeyd olunub ki, qasırğa 2 sentyabr, çərşənbə axşamı günü Florida sahillərinə çatmalıdır.

Xatırladaq ki, D.Tramp Polşaya 31 avqust - 2 sentyabr tarixində nəzərdə tutulan səfəri çərçivəsuində  Varşavada keçiriləcək İkinci Dünya müharibəsinin başlanmasının 80-ci il dönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək  edəcəkdi.

Jurnalistlərə açıqlamasında Tramp bildirib ki, “Dorian” qasırğası ilə əlaqədar federal hökumətin imkanlarının səfərbər olunmasını təmin etmək üçün səfərini təxirə salıb və Polşaya vitse-prezident Mayk Pensi göndərməyi qərara alıb.

 

“Xalq qəzeti”

30 2019 11:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə