• USD: 1.7000
  • EUR: 1.9340
  • RUB: 0.0258
  • TRY: 0.3157
  • Bakı + 11.3 ° C / 81%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU-da “Gələcəyin energetikası: problemlər və perspektivlər” adlı beynəlxalq konfransın yekun iclası keçirilib

ADNSU-da “Gələcəyin energetikası: problemlər və perspektivlər” adlı beynəlxalq konfransın yekun iclası keçirilib

Sentyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Gələcəyin energetikası: problemlər və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransın bağlanış mərasimi keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı konfransın təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Panel iclaslarda müzakirə olunan mövzuların, səsləndirilən fikirlərin, əldə olunan nəticələrin energetika sahəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən rektor Mustafa Babanlı bu cür konfransların gələcəkdə də keçirilməsinin planlaşdırıldığını qeyd edib.

Konfransın moderatoru, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədr müavini Nurəli Yusifbəyli konfransın kifayət qədər samballı təşkil olunduğunu və dəvət olunan qonaqların universitetdən yüksək  təəssüratlarla  ayrıldıqlarını bildirib.

Daha sonra Energetika fakültəsinin Problem laboratoriyasının müdiri, dosent Fuad Məmmədov konfransla bağlı yekun mətni oxuyub və qərar layihəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, iki gün davam edən konfransda “Müasir energetikanın problemləri”, “Bərpa olunan enerji mənbələri”, “Nüvə energetikası” bölmələri üzrə müzakirələr aparılıb.

 

ADNSU  İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

 

12 2018 17:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin