• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Gürcüstan Dəmir Yolları” Azərbaycan şirkətlərinə güzəştli daşınma tarifləri təklif edib

“Gürcüstan Dəmir Yolları” Azərbaycan şirkətlərinə güzəştli daşınma tarifləri təklif edib

“Gürcüstan Dəmir Yolları” SC-nin törəmə “GR Transit” şirkəti Azərbaycan şirkətlərini əməkdaşlığa çağırıb.

“Report”un verdiyi xəbərə görə, bu barədə şirkətin direktoru David Çiradze Tbilisidə keçirilən “Argus Xəzər-Qara Dəniz Nəqliyyat Dəhlizi 2018” adlı V beynəlxalq konfransda deyib.

O bildirib ki, “GR Transit” şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və digər Azərbaycan şirkətlərinə neft və neft məhsullarının Gürcüstan ərazisi üzrə daşınması üçün güzəştli və rəqabətli tariflər təklif etməyə hazırdır.

D. Çiradze qeyd edib ki, rəhbərlik etdiyi şirkət gələcəkdə Azərbaycandan digər yük növlərininin daşınması tariflərinə də güzəşt tətbiq edə bilər.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

12 2018 17:44 -
19 Sentyabr 2018 | 16:40
Azərbaycan İslandiyaya qarşı
12 Sentyabr 2018 | 22:35
Hava proqnozu
10 Sentyabr 2018 | 22:44
Hava proqnozu

Ən son xəbərləri səhifəmizdən də izləyin