• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 25 ° C / 69%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanda kimyəvi zavodda partlayış olub, ölənlər var

Hindistanda kimyəvi zavodda partlayış olub, ölənlər var

"Report"-dan aldığımız məlumata görə Hindistanın şimalındakı Bicnor şəhərində kimyəvi zavodda baş verən partlayış nəticəsində 6 nəfər ölüb, 3 nəfər ağır yaralanıb.

Yaralılar xəstəxanada ağır vəziyyətdədirlər. Polisin məlumatına görə, hadisəyə səbəb qaz balonunun partlaması olub və bundan sonra binanın içərisində güclü yanğın başlayıb.

Partlayış zamanı ölən və yaralananların hamısı zavod işçiləri olub.

Hadisə yerində yanğınsöndürənlər işləyir. Lakin hələlik yanğını lokallaşdırmaq mümkün olmayıb.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

12 2018 17:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin