• RUB: 0.0249
  • TRY: 0.2688
  • EUR: 1.9876
  • USD: 1.7000
  • Bakı + 23.8 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Keçən il “Azərikimya”da istehsal edilmiş neft-kimya məhsullarının 86,4 faizi ixrac olunub

Keçən il “Azərikimya”da istehsal edilmiş neft-kimya məhsullarının 86,4 faizi ixrac olunub

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində (İB) ötən il istehsal olunmuş neft-kimya məhsullarının 86,4 faizi ixrac edilib.

Bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir. Hesabata görə, 2017-ci ildə “Azərikimya” İB-də 344,09 min ton neft-kimya xammalı emal olunaraq 96,1 min ton etilen, 48,6 min ton propilen və 110,5 min ton digər qiymətli piroliz məhsulları istehsal edilib. “EP-300” piroliz qurğusunda olefinlərin faktiki çıxım faizi 42 faiz olub. İl ərzində istehsal olunmuş polietilenin miqdarı 93,2 min ton təşkil edib. 2017-ci ildə “Azərikimya” İB-də istehsal edilmiş neft-kimya məhsullarının 13,6 faizi respublika daxilinə, 86,4 faizi isə ixrac olunub.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 

12 2018 14:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2018 | 18:13
UTECA-da Bilik Günü qeyd olunub
18 Sentyabr 2018 | 15:34
Hindistanlı təlimçilər Lahıcda
18 Sentyabr 2018 | 15:33
Üzgüçünün ikiqat sevinci
18 Sentyabr 2018 | 15:25
Romanın Olimpiya stadionunda
18 Sentyabr 2018 | 15:23
Heyət məlumdur

Ən son xəbərləri səhifəmizdən də izləyin