• RUB: 0.0249
  • TRY: 0.2688
  • EUR: 1.9876
  • USD: 1.7000
  • Bakı + 23.8 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı – Rusiya avtomobil yolunun tikintisi davam etdirilir

Bakı – Rusiya avtomobil yolunun tikintisi davam etdirilir

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikinti işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğunda olan yol inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3,75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27,5 metr təşkil edəcək. Ümumilikdə tikinti işləri layihələndirmə ilə paralel aparılır. Layihə 4 lotdan ibarətdir.

Layihə üzrə birinci lotun başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci kilometrlik (7 kilometr) hissəsinə düşür. Həmin hissədə yolun beton örtüyünün sökülərək qaldırılması və yol yatağının yenidən tikilməsi işləri görülür. Yol yatağı hazır olan hissələrdə yol əsasının inşası işləri aparılır.

İkinci lot üzrə 2 yol qovşağı, bir yol ötürücü körpü, bir kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min poqonmetr beton baryerlərin tikilməsi nəzərdə tutulub.

Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Yeni yolun tikinti layihəsinə uyğun olaraq, əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

12 2018 14:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2018 | 18:13
UTECA-da Bilik Günü qeyd olunub
18 Sentyabr 2018 | 15:34
Hindistanlı təlimçilər Lahıcda
18 Sentyabr 2018 | 15:33
Üzgüçünün ikiqat sevinci
18 Sentyabr 2018 | 15:25
Romanın Olimpiya stadionunda
18 Sentyabr 2018 | 15:23
Heyət məlumdur

Ən son xəbərləri səhifəmizdən də izləyin