Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyanın TF-X marağı

Rusiyanın TF-X marağı

Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev, Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi, TF-X-in istehsalına dəstək verməyə hazır olduqlarını bildirdi.

Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev, paytaxt Moskvada təşkil edilən MAKS-2019 Aviasiya və Aerokosmik sərgisində Rusiya və Türkiyə arasında müdafiə sahəsindəki əməkdaşlıq haqqında fikirlərini media əməkdaşları ilə bölüşüb.

Türkiyənin “Milli təyyarə” istehsalına dəstək verməyə hazır olduqlarını bildirən Şuqayev, “Türkiyəni təyyarə mühərrikləri və elektron müharibə təchizatı ilə təmin edə bilərik”- dedi.

Jurnalistlərlə söhbətində Türkiyə ilə hərbi əməkdaşlıq və əsasən TF-X layihəsinə daha geniş yer ayıran Şuqayev, bu layihə çərçivəsində əhəmiyyətli görüşlərin keçirilməsinə hazır olduqlarını ifadə etdi.

Şuqayev həmçinin, Rusiya və Türkiyə arasında Su-35 və Su-57 döyüş təyyarələrinin çatdırılmasına dair görüşlərin keçirildiyini, lakin Ankaranın bu təyyarələrə böyük maraq göstərməsinə baxmayaraq rəsmi müraciətin edilmədiyini fikirlərinə əlavə etdi.

 

Elşən AĞALAR,
“Xalq qəzeti”

28 2019 17:35 -
31 Oktyabr 2019 | 16:59
Noyabr ayına olan hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə