• RUB: 0.0253
  • TRY: 0.2664
  • EUR: 1.9848
  • USD: 1.7000

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il 43 yaşayış məntəqəsi qazlaşdırılıb

Bu il 43 yaşayış məntəqəsi qazlaşdırılıb

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədilə İB tərəfindən təxirə salınmaz işlər həyata keçirilir. Belə ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış sayğaclar yenisi ilə əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir.

İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün “Azəriqaz” tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 2 141,1 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 160,8 kilometr qaz kəməri əsaslı təmir olunub. Cari il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Şəmkir, Ağcabədi, Bərdə, Şəki, Göyçay, İsmayıllı, Ucar, Xaçmaz, Beyləqan, Lerik, Sabirabad, Salyan, Cəlilabad və Masallı rayonları üzrə 43 yaşayış məntəqəsi qazlaşdırılıb.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

12 2018 14:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
19 Sentyabr 2018 | 23:04
Bu gün Aşuradır

Ən son xəbərləri səhifəmizdən də izləyin