Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti zati-aliləri xanım Mehriban Arif qızı Əliyevaya

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti zati-aliləri xanım Mehriban Arif qızı Əliyevaya

Hörmətli Mehriban Arif qızı!
Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. 
Fəal çoxşaxəli şəxsiyyət kimi Siz həmişə öz doğma ölkənizin ictimai-siyasi həyatının mərkəzində olmusunuz və ömrünüzün bu gözəl gününü Azərbaycanın Birinci vitse-prezidenti kimi məsul vəzifədə qarşılamağınız qanunauyğundur. 
Qoy geniş bilik və maraq dairəniz, yaradıcılıq enerjiniz, respublikanın tərəqqisi naminə qurub-yaratmaq əzminiz Sizin məhsuldar dövləti fəaliyyətinizin əsasına çevrilsin, vətəndaşlar arasında yüksək nüfuzunuz və Azərbaycanın dövlət başçısının dəstəyi isə ən böyük və nəcib məqsədlərə çatmaqda Sizə kömək olsun.
Sizə səmimi qəlbdən ­cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram.                     
Dərin hörmətlə, 

 

Rüstəm Minnixanov
Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti

 

28 2019 11:51 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə