Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 369 Bakı şəhəri, 26 avqust 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,  2001, № 1, maddə 69;  2002, № 2,  maddə 112, № 10, maddə 647; 2005, № 1, maddə 58, № 11, maddə 1069; 2013, № 7, maddə 870; 2014, № 1, maddə 64, № 2, maddə 196; 2015, № 1, maddə 69; 2016, № 8, maddə 1444; 2017, № 7,  maddə 1489, № 8, maddələr 1614, 1620, № 12 (II kitab), maddə 2521; 2018, № 3, maddə 585, № 10, maddə 2168; 2019, № 1, maddə 149, № 4, maddə 760; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 iyul tarixli 326 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2710 12 410 0 kodu 2710 12 413 0 kodu ilə əvəz edilsin;
1.2. 2710 12 413 0 və 2710 12 510 1 alt yarımmövqelərinə aid sətirlərin “Aksiz dərəcələri (ölçü vahidinə görə manatla)” sütununda “1 ton üçün 200 manat” sözləri “1 ton üçün 1,0 manat” sözləri ilə əvəz edilsin.
2. Bu Qərarın 1.2-ci bəndi 2019-cu il 1 sentyabr tarixindən tətbiq olunur və 90 (doxsan) gün müddətində qüvvədədir.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə