Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 367 Bakı şəhəri, 23 avqust 2019-cu il
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli və “Peşə təhsilinin dövlət standartları”nın təsdiq edilməsi və “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 77 nömrəli Qərarının ləğv edilməsi barədə” 2019-cu il 11 mart tarixli 85 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Məktəbəqədər təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 may tarixli 1576-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyul tarixli 1236 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 2 oktyabr tarixli 218 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1000; 2017, № 4, maddə 613, № 12 (II kitab), maddə 2515; 2018, № 5, maddə 1148, № 11, maddə 2430) ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 4.1-ci bəndinin ikinci cümləsinə “şərti ilə” sözlərindən sonra “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq” sözləri əlavə edilsin. 
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli 85 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 519) ilə təsdiq edilmiş “Peşə təhsilinin dövlət standartları”nın 1.2.6-cı yarımbəndində “peşə təhsilində” sözləri “peşə təhsilinin hər bir səviyyəsində” sözləri ilə əvəz edilsin.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri 
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə