• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 25 ° C / 69%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda ən qiymətli yerli üzüm sortları qorunur

Azərbaycanda  ən qiymətli yerli üzüm sortları qorunur

Üzümün vətənlərindən biri olan Azərbaycanda  ən qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınıb.  Sortların artırılması və üzümçülük təsərrüfatlarına tətbiq edilməsi istiqamətində fermerlərimiz  bu qədim ənənəmizi  qoruyub  saxlayiblar. Şamaxı rayonunun İkinci Çaylı kəndində yerləşən fermer təsərrüfatının rəhbəri, torpaqşünas, aqrokimyaçı Habil Əzimov dörd il əvvəl saldığı üzüm plantasiyasından bol məhsul götürdüyünü deyir:

“2014-cü ildə Şamaxı rayonunun  İkinci Çaylı kəndinin ərazisində 25 hektar sahədə üzüm bağı salmağı planlaşdırdıq. Bütün aqrotexniki qaydalara əməl etmək üçün torpaq daşlardan və lazımsız tullantılardan təmizləndi və şum çıxarıldı. Üzüm bağları salarkən, hər bir sortun xüsusiyyətini, ərazinin coğrafi iqlim şəraitini nəzərə almaq çox vacibdir. İlkin mərhələdə xaricdən gətirilmiş sortlar əkdik. Ümumiyyətlə, üzüm tinglərini seçəndə və əkin zamanı öz kökü üstündə yetişən üzüm sortlarına daha çox üstünlük vermək lazımdır. Çünki öz kökü üstündə yetişən üzüm sortları daha uzunömürlü olur. Calaqaltı ilə yetişdirilmiş üzüm sortları isə xəstəliyə qarşı daha davamlıdır”.

Habil Əzimov deyir ki, bağ salmaq üçün ərazi seçərkən, torpağın aqrokimyəvi analizini aparmaq vacibdir. Torpağın kimyəvi, mikrokimyəvi analizini aparmaq, hətta suyun belə analizini aparmaq çox vacib prosedurdur. Bu analizlər bitkinin gələcək məhsuldarlığı üçün zəmin yaradır. Bu tədbir üzümçülükdə ilk görülməli işdir. Hər bir regionda ixtisaslaşmış bitkilərin əkilməsi ən vacib göstəricidir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

12 2018 13:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin