Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Magistral avtomobil yollarının istismarı MMC-lərinə və Magistral Yolların İstismarı Şöbəsinə ofis üçün İT avadanlıqlarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 “Azərbaycan Magistral Avtomobil Yolu - 3” Layihəsi

BYİB Borc sazişləri 7889 AZ və 8602 AZ, BİA Krediti 4723 AZ, MRT №5

Azərbaycan Respublikası Hökuməti “Azərbaycan Magistral Avtomobil Yolu - 3” layihəsi üzrə Dünya Bankından kredit vəsaiti əldə etmiş və həmin vəsaitin bir hissəsini “Magistral avtomobil yollarının istismarı MMC-lərinə və Magistral Yolların İstismarı Şöbəsinə  ofis üçün İT avadanlıqlarının satın alınması” məqsədilə  sərf etmək niyyətindədir.

Bu müqavilə Azərbaycan Respublikası Hökuməti ilə birgə maliyyələşdiriləcəkdir. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) (satınalan təşkilat) hazırda iştirak hüququ olan iddiaçıları Magistral avtomobil yollarının istismarı MMC-lərinə və Magistral Yolların İstismarı Şöbəsinə ofis üçün İT avadanlıqlarının satın alınması məqsədilə  keçirilən  tenderə möhürlənmiş təkliflərini təqdimata  dəvət edir.   

Təchiz olunacaq avadanlıqların sayı aşağıdakı kimidir:

 

Bənd №

Bəndlərin adları

Ədəd

Sayı

2-1

Laptop

ədəd

77

2-2

Stolüstü kompüter

ədəd

3

2-3

Stolüstü kompüter üçün ekran

ədəd

8

2-4

Printer (sadə)

ədəd

31

2-5

Printer/ skaner (rəngli)

ədəd

20

2-6

Printer/ skaner (A3, rəngli)

ədəd

11

2-7

Rəqəmsal kamera

ədəd

5

2-8

Təqdimat proyektoru

ədəd

1

2-9

Xarici yaddaş qurğusu

ədəd

8

2-10

UPS

ədəd

7

2-11

Çoxfunksiyalı fotokopi

ədəd

4

2-12

Ölçmə çarxı

ədəd

8

Müvafiq xidmətlərin siyahısı:

S-1:   Avadanlıqların quraşdırılması və istismarı üçün zəruri alətlərin təchizi.

S-2:   Təchiz olunacaq hər bir avadanlıq üçün idarə olunma və istismar üzrə təlimatın təmin edilməsi.

S-3:   Gömrük rəsmiləşdirilməsi.

 

Bütün mallar üçün istehsalçı tərəfindən birbaşa və ya təchizatçı vasitəsilə Azərbaycanda satışdan  sonra xidmət təşkil olunmalıdır. Azərbaycanda satışdan sonra  xidmətə mallar üçün istehsalçının zəmanəti üzrə səlahiyyət və cavabdehlik də daxildir.

Malların ən gec çatdırılma müddəti müqavilə imzalandığı tarixdən etibarən 60 gündür.   

Alternativ təkliflər tətbiq olunmur.   

İxtisas meyarlarının qiymətləndirilməsi:

(a)  Əgər iddiaçı istehsalçıdırsa:

(i) maliyyə imkanları

İddiaçı aşağıdakı maliyyə tələblərini yerinə yetirmək iqtidarında olduğunu təsdiqləyən   sənədlər təqdim etməlidir:

-son üç il üzrə orta illik dövriyyə 180,000 ABŞ dollarından az olmamalı və ya onlara bərabər məbləğdə olmalıdır. 

Birgə müəssisə tərəfdaşları tələblərə birgə cavab verməklə yanaşı müstəqil qaydada da tələblərin yarısına cavab verməlidirlər. 

İddiaçı maliyyə imkanlarını nümayiş etdirmək üçün son üç il üzrə audit tərəfindən yoxlanılmış maliyyə hesabatlarını təqdim etməlidir.

(ii) Təcrübə və texniki imkanlar   

İddiaçı aşağıda göstərilən təcrübə meyarlarına cavab verdiyini sübut edən sənədlər təqdim etməlidir:

-tenderin  əsas  şərtlər toplusundakı tələblər cədvəlində qeyd olunan mallara oxşar malların son beş ildən birində həmin cədvəldə müəyyən olunan sayına bərabər sayda istehsalı və təchizatı; 

-tenderin açılışı tarixindən əvvəlki üç il ərzində tələblər cədvəlində qeyd olunan mallara oxşar malların istehsalı ilə bağlı davamlı iş fəaliyyəti.

(iii) Təsdiqedici sənədlər

İddiaçı təklif etdiyi malların aşağıda qeyd olunan istifadə tələblərinə cavab verdiyini təsdiqləyən  sənədlər təqdim etməlidir:

  • Malların əsas texniki və fəaliyyət xarakteristikalarının müfəssəl təsviri;
  • satınalan təşkilat tərəfindən avadanlıqların istifadəsinə başlanılmasından sonrakı iki il müddətində malların düzgün və davamlı istifadəsi üçün zəruri ehtiyat hissələrinin, xüsusi vasitələrin, alətlərin və s. mümkün mənbələri və qiymətləri daxil olmaqla ətraflı məlumatlar qeyd olunan cədvəl;
  • malların və xidmətlərin satınalan təşkilatın texniki xüsusiyyətlərinə əsaslı şəkildə cavab verdiyini və ya həmin xüsusiyyətlərdən kənarlaşmanı və istisna hallarını əks etdirməklə bu xüsusiyyətlərin hər bir bəndi üzrə verilən şərhlər.

(b) Əgər iddiaçı istehsalçı deyilsə:

əgər iddiaçı istehsalçı deyilsə, lakin, istehsalçının icazə forması (tenderin əsas şərtlər toplusunun 4-cü bölməsi, tender təklifi formaları) əsasında  istehsalçının adından malları təklif edirsə, o zaman istehsalçı yuxarıda qeyd olunan (i), (ii), (iii) bəndlərdəki meyarlara cavab verdiyini, iddiaçı isə son beş ildə oxşar malların təchizatı ilə bağlı ən azı bir müqaviləni uğurla başa çatdırdığını nümayiş etdirməlidir.

     Tender Dünya Bankının “BYİB və BİA kreditləri və qrantları çərçivəsində malların, işlərin və qeyri-məsləhət xidmətlərinin satınalınması”na dair təlimatlarında (satınalma təlimatları, 2014-cü ilin iyul ayında dəyişikliklər edilən nəşri) müəyyən olunan milli rəqabətli tender əsasında keçiriləcəkdir və iştirak hüququ həmin satınalma qaydaları ilə müəyyən olunan bütün iddiaçılar üçün açıqdır. Əlavə olaraq satınalma təlimatlarında Dünya Bankının maraqların ziddiyyəti ilə bağlı siyasətini əks etdirən 1.6 və 1.7-ci bəndlərə diqqət yetirmək lazımdır.

Tenderdə iştirak hüququ və marağı olan iddiaçılar əlavə məlumat əldə etmək və tenderin əsas şərtlər toplusu ilə tanış olmaq üçün iş günləri saat 10.00-dan 17.00-dək aşağıdakı ünvana müraciət edə bilərlər (əlavə məlumat üçün elektron müraciətlər orada qeyd olunan hər iki elektron ünvana göndərilməlidir).

Tender şərtlərinin ingilis dilindəki toplusu iştirak hüququ və marağı olan iddiaçılar tərəfindən aşağıdakı ünvana rəsmi qaydada müraciət təqdim olunduqdan,  200 manat və ya 120 ABŞ dolları məbləğində geri qaytarılmayan məbləğ ödənildikdən sonra əldə edilə bilər. Ödəniş bank vasitəsi ilə aşağıdakı hesaba köçürülməlidir:

BenefisiarAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

VÖEN- 9900013141

Bank- “Kapital Bank” ASC-nin Nəsimi  filialı

SWIFT- AIIBAZ2X

Mh- AZ69AIIB38050019441801833111 AZN

AZ59AIIB38150018401801833111ABŞ dolları

Bankın VÖEN-i- 9900003611

     Geri qaytarılmayan məbləğin ödənişini sübut edən müvafiq sənəd təqdim olunduqdan sonra sənədlərin çap olunmuş variantı iddaçının səlahiyyətli nümayəndəsi tərəfindən və ya iddiaçı tərəfindən  kuryer xidməti vasitəsilə həmin ünvandan əldə edilə bilər.  Lakin, sənədlərin itirilməsi və ya gec çatdırılması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi heç bir cavabdehlik daşımır.

Tender təklifləri 11 sentyabr 2019-cu il   saat 17.00-dək aşağıdakı ünvana təqdim edilməlidir. Təkliflərin elektron qaydada təqdimatına icazə verilmir. Gecikən təkliflər qəbul olunmayacaqdır. Tender təklifləri 11 sentyabr 2019-cu il   saat 17.00-da açılacaqdır.

Bütün tender təklifləri tender zəmanəti ilə birlikdə təqdim olunmalıdır. Tender zəmanətinin məbləği 3,500.00 ABŞ dolları və ya sərbəst konvertasiya oluna bilən digər valyuta ekvivalentində olmalıdır.

Ünvan-  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi,

idarə heyətinin sədri cənab Saleh Məmmədov

Azərbaycan, Bakı AZ1117, Biləcəri qəsəbəsi, R. İsmayılov küçəsi 2025-ci məhəllə.

Tender təkliflərinin təqdimatı üçün  2-ci mərtəbə, 224-cü otaq.

Tender təkliflərinin açılışı üçün   4-cü mərtəbə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin  iclas zalı.

 

Əlaqə nömrəsi-   (+994 12) 499 79 02.

Elektron ünvan- [email protected] "mailto:[email protected]"aaydaHYPERLINK "mailto:[email protected]".gov.az;  

Surəti- [email protected]

 

İnternet ünvanı- www.aayda.gov.az

 

 

28 2019 10:50 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Mart 2020 | 00:55
MƏTANƏT A
20 Mart 2020 | 00:55
Kapital Bank
20 Mart 2020 | 00:51
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə