Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi maşın və mexanizmlər üçün ehtiyat hissələrinin, cari təmir işlərinin yerinə yetirilməsi məqsədilə tikinti materiallarının və müxtəlif diametrli metal, plastik, asbest-sement boruların satın alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi maşın və mexanizmlər üçün ehtiyat hissələrinin, cari təmir işlərinin yerinə yetirilməsi məqsədilə tikinti materiallarının və müxtəlif diametrli metal, plastik, asbest-sement boruların satın alınması ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir .
Lot- 1. Cari təmir işlərinin yerinə yetirilməsi üçün tikinti materiallarının və müxtəlif diametrli metal, plastik boruların satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə elektron portal vasitəsilə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu elektron portaldan ala bilərlər.
İştirak haqqı 100 manatdır.
Satınalan təşkilat- Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemləri İstismarı İdarəsi
VÖEN-3100188551
Bank - DXA
KOD- 210005
M h- AZ41NABZ0100000000003944
VÖEN- 1401555071
S.W.I.F.T BİK CTREAZ22 
H/H-AZ88CTRE00000000000002356801
Büdcə gəlirlərinin təsnifat kodu- 142340
Büdcə səviyyəsinin kodu –7
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); 
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifi təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları; 
-digər sənədlər .
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki sənədlər Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin təminatı istisna olmaqla 17 sentyabr 2019-cu il saat 18.00-dək, tender təklifi və tender təklifinin təminatını isə möhürlənmiş ikiqat zərfdə 25 sentyabr 2019-cu il saat 18.00-dək elektron portal vasitəsilə təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər elektron portal tərəfindən qəbul edilməyəcəkdir.
İddiaçıların təklifləri 26 sentyabr ­2019-cu il saat 15.00-da elektron portal vasitəsilə açılacaqdır.

28 2019 10:47 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
26 Fevral 2020 | 02:29
MƏTANƏT A
26 Fevral 2020 | 02:28
KAPİTAL BANK
26 Fevral 2020 | 02:24
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə