Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Turizm və Menecment Universiteti 2019/2020-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün qəbul elan edir

• Turizm və otelçilik
• Menecment
• Marketinq
• Maliyyə
• Regionşünaslıq (Qafqaz)
• Beynəlxalq münasibətlər
• Sosial iş
• Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması
• Nəqliyyat servisi
• Biznesin idarə edilməsi
Əlavə ixtisas təhsili almaq üçün əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər ATMU-nun müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilərlər.
Əlavə ixtisas almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
• təhsil müəssisəsi rəhbərinin adına ərizə;
• təhsil haqqını ödəmək barədə təminatlı müqavilə;
• ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiq edilmiş surəti və qiymət kitabçasından çıxarış;
• əmək kitabçasından çıxarış;
• şəxsiyyət vəsiqəsinin surəti;
• 3x4sm ölçüdə 4 ədəd fotoşəkil.
Sənədlər 2019-cu il avqustun 27-dən sentyabrın 27-dək , həftənin I-V günləri saat 9.00-dan 17.00-dək ATMU- nun əsas korpusunda qəbul edilir.
Əlavə ali təhsil almaq üçün ATMU-ya sənədlərini təqdim etmiş şəxslərlə ATMU-da yaradılan komissiysa müsahibə aparır . 
Müsahibədən uğurla keçənlər seçdikləri əlavə təhsil ixtisası üzrə ikinci bakalavr təhsili alan tələbələr sırasına qəbul edilirlər. İkinci bakalavr təhsili almaq şansı əldə etmiş və tələbələr sırasına qəbul olunmuş şəxslər əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müvafiq ixtisasa qəbul edilir və onlar üçün təhsil müddəti müəyyənləşdirilir.
Təhsil Azərbaycan, rus və ingilis dillərindədir.
Xaricdə təhsil almış şəxslər ikinci ali təhsil almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq prosedur (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər.
Təhsil ödənişlidir. Təhsil haqqı ixtisaslara uyğun olaraq müəyyənləşdirilir.
AZ 1072, Bakı şəhəri, K.Rəhimov küçəsi 822/23-cü məhəllə, telefonlar- (+99412) 012 5644233, (+99412) 012 5645411.
Email: [email protected]
URL: www.atmu.edu.az


Azərbaycan Turizm və Menecment Universiteti

 

28 2019 10:46 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
8 İyul 2020 | 00:26
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə