Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Gəncliyin fəlsəfəsi” mövzusunda mühazirə

Sentyabrın 28-də saat 15:00-da Azərbaycan İlahiyyat İnstitutunda AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Gəncliyin fəlsəfəsi” mövzusunda mühazirəsi dinləniləcək.

www.science.gov.az saytı yazır ki, məruzə eramızdan əvvəlki dövrdən bu günə qədər gənc yaşda ugur qazanmış, tarixdə əhəmiyyətli rol oynamış şəxsiyyətlərin nümunəsində gəncliyin fəlsəfəsi mövzusuna həsr edilib. Əsas məqsəd gəncliyin öz potensialını vaxtında və düzgün qiymətləndirməsi, bilik və bacarıqlarını həm özü, həm də millətinin inkişafı yönündə istifadəsinə dair təcrübələri bölüşmək, həmçinin mövzu ətrafında geniş fikir mübadiləsi aparmaqdır.

Qeyd edək ki, mühazirədə ali məktəblərin 1-ci kurs tələbələri, müəllimlər və digər maraqlanan şəxslər iştirak edə bilərlər.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

12 Sentyabr 2018 12:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Yanvar 2021 | 11:28
20 Yanvar...
19 Yanvar 2021 | 14:50
Qanlı və Şanlı 20 Yanvar…

Köhnə versiyamızdan xəbərləri izlə