Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Peşə etikasına hörmət etmək vacibdir

Peşə etikasına hörmət etmək vacibdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıbov bildirib ki, Şamaxı şəhər sakini Şəhla Səttar qızı Veyisovanın övladlarına əlillik dərəcəsi təyin edilməməsi barədə bəzi media orqanlarında dərc olunmuş şikayəti araşdırılarkən əslində onun üç övladının hər birinə əlillik dərəcəsi təyin edildiyi müəyyən olunub.

Belə ki, Ş.Veyisovanın böyük övladı Veyisov Kamran Bəxtiyar oğlu (25 yaş) üçüncü dərəcə əlilliyi olan şəxs kimi bir neçə ildir ki, aylıq müavinətlə təmin edilir. Ortancıl övladı Veyisov Kənan Bəxtiyar oğluna (23 yaş) 22 iyul 2019-cu il tarixdə, kiçik övladı Veyisova Kəmalə Bəxtiyar qızına (19 yaş) isə 03 iyul 2019-cu il tarixdə ikinci dərəcə əlillik təyin edilib.

Ş.Veyisovaya övladları Kənan və Kəmaləyə əlillik dərəcələri verilməsi barədə elə iyul ayında elektron qaydada ismarıc göndərilsə də, o bundan xəbərsiz olub. Bu səbəbdən Ş.Veyisova yeni əlillik təyin edilmiş iki övladına əlilliyə görə müavinət təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Şamaxı rayon şöbəsinə də müraciət etməyib.

Lakin buna baxmayaraq, DSMF-nin Şamaxı rayon şöbəsi tərəfindən elektron sistemdən alınmış məlumat əsasında Ş.Veyisova ilə əlaqə saxlanılıb. Ona övladları Kənan və Kəmaləyə əlillik dərəcələri təyin edildiyi bildirilib.

Beləliklə, Ş.Veyisovanın digər iki övladının da əlilliyə görə aylıq müavinətlə təminatı həyata keçiriləcək. Ş.Veyisovanın şikayətini dərc edən media orqanlarına xatırladırıq ki, həmin şikayəti dərc etməzdən əvvəl aidiyyəti qurumdan məsələ ilə bağlı mövqe öyrənməklə peşə etikasına uyğun davranmış olardılar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

27 2019 11:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə