Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının bolşevik-daşnak işğalından azad olunmasının 100 illiyi ilə bağlı sərgi

Məlum olduğu kimi, sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakını bolşevik-daşnak işğalından azad etməsindən 100 il ötür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasının sərgi salonunda sərgi təşkil olunub.

www.science.gov.az saytı yazır ki, sərgidə kitabxananın fondlarında mühafizə edilən “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu”, “Nuru Paşa”, “Azərbaycan-Türkiyə münasibətləri”, “Qafqazın imdadına çatan türkün könül nəğmələri”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “1926-cı il I Bakı Türkoloji Qurultayı”, “Bakı qəhrəman şəhərdir”, “Bakı İslam mədəniyyətinin paytaxtıdır”, “Bakı - tarixin səhifələri”, “Bakının memarlıq ensiklopediyası”, “Bakı simfoniyası” və s. kitablar nümayiş olunur.

Sərgi sentyabrın 30-dək davam edəcək.
 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

12 2018 12:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə