Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hazır farş almayın

Hazır farş almayın

Marketlərdə satılan ət məhsullarından olan çəkilmiş ət – farş zərərsiz ərzaq deyil və onu istifadə etmək risklidir.

Medicina.az farşın ətin özündən ucuz olması səbəbini açıqlayır.

1-Farş – təzə olmayan ətdən müxtəlif dadlandırıcılar qatılmaqla hazırlana bilir

2-Farşa çox miqdarda soya qatırlar

3-İri sexlərdə farş çəkən iri ətçəkənlərin içinə siçan, siçovul. digər yad əlavələr düşə bilər

4-Farşın içinə heyvanın dərisi, qığırdağı, dərisi, yumşaq sümüyü qatıla bilər. Çünki o gücdə ətçəkən asanlıqla bu bərklikdə hissələri çəkir.

5-Farşın içində əgər mənşəyi məlum olmayan ətdən və kustar sexində hazırlanıbsa, ölü heyvan əti, at, eşşək əti ola bilər. Və ən hissiyatlı insan belə bu dadı hiss etməyəcək

6-Farş sadəcə qaba yığılıb soyuducuya qoyulub və çəki ilə satılır. Onun üzərində hansı müəssisədə, nə vaxt çəkilməsi barədə heç bir qeyd yoxdur

Bu səbəblərə görə ən yaxşısı, normal təzə ət seçib, özünüz farş edib yemək bişirməkdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 2019 18:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə