Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu il 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

Bu il 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində bu ilin ötən dövründə 300-dən çox uşaq reabilitasiya xidmətləri ilə təmin edilib.  

Onlardan 200-nəfərdən çoxu uşaq serebral iflici olanlar, qalanları autizm və daun sindromlu, digər diaqnozlu uşaqlardır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun dəstəyi nəticəsində yaradılan müəssisə ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksək standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfə olub. Müəssisədə uşaqlara dünya praktikasında özünü doğrultmuş qum terapiyası, habelə artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində 15-dən çox növdə reabilitasiya xidmətləri göstərilir.

Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi kimi fəaliyyətə başladığı 2015-ci ilin oktyabr ayından bu vaxta  qədər müəssisədə 1450-dək uşağa  reabilitasiya xidmətləri göstərili

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 2019 17:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə