Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hələbdə dondurma kombinatı bərpa edilir

Hələbdə dondurma kombinatı bərpa edilir

Suriyada istehsalat yavaş-yavaş dirçəlir. Hələb şəhərində dondurma kombinatı artıq işə salınıb.

Suriyada havalar isti keçdiyindən dondurmaya da tələbat çoxdur. Hazırda Hələbdə 7-8 dondurma kombinatı fəaliyyət göstərməyə başlayıb. Kombinatların bir-biri ilə rəqabətinə baxmayaraq bütün mallar alınır. Müştərilər razılıq edirlər.

Suriyada iğtişaşlar başlamamışdan əvvəl dondurma kombinatları müasir texnologiyalar almışsılar. Lakin şəhərə yaraqlılar girdikdən sonra dondurma çirkətlərinin sahibləri avadanlıqları ölkənin qərb hissəsindəki sakit əraziyə aparmışdılar. Kombinatların binaları isə terrorçular tərəfindən partladılmışdı.

Dondurma şirkətinin direktoru Kamil əı-Şəfi bildirdi ki, Hələb terrorçulardan azad edildikdən sonra dondurma kombinatı yenidən qurulmağa başladı. Çətin də olsa işin öhdəsindən gəldik. Bərpa işləri isə davam edir. Hazırda paytazt Dəməşqdə də təzə kombinat tikirik. İndiyə kimi Dəməşqdə dondurma kombinatı olmayıb. Hələbin isə bütün ərasilərində ticarət köşklərimiz fəaliyyət göstərir.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

24 2019 17:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə