Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiya KXDR-ə etirazını bildirib

Yaponiya KXDR-ə etirazını bildirib

Yaponiya hökuməti raket sınağına görə Koreya Xalq Demokratik Respublikasına qəti etirazını bildirib.

“Kyodo” agentliyinin məlumatına görə, Şimali Koreya Yapon dənizinə daha iki raket buraxıb.

Yaponiyanın müdafiə naziri Takeşi İveya Şimali Koreyanı tənqid edərək bildirib ki, raket sınaqları BMT Təhlükəsizlik Şurasının Pxenyan haqqında qərarına ziddir. Koreya Xalq Demokratik Respublikasının bu hərəkəti “açıq-aydın qaydanı pozmaqdır”.

ABŞ Prezidenti Donald Trampda bildirib ki, Şimali Koreya lideri Kim Çen In ona məktub göndərib ki, əgər ABŞ və Cənubi Koreya birgə təlimləri davam edərsə Pxenyan öz bildiyini edəcək.

 

Qəzənfər QASIMOV,
”Xalq qəzeti”

24 2019 17:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə