Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Böyük və Kiçik Qafqazda  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda  23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində isti və yağmursuz hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35, 

dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Paytaxtda hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 32-36 dərəcə isti təşkil edəcək.

24 2019 17:04 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə