Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda 880 nəfər uzunömürlü yaşayır

Azərbaycanda 880 nəfər uzunömürlü yaşayır

Azərbaycanda ən yüksək uzunömürlülük indeksləri dağlıq və dağətəyi ərazilərdə müşahidə olunur. 90 yaşını keçmiş insan uzunömürlü hesab edilir. Azərbaycanda uzunömürlülər xüsusilə İsmayıllı, Lerik, Tovuz, Gədəbəy rayonlarında üstünlük təşkil edirlər.

Səhiyyə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Leyla Kərimova bildirib ki, əhalinin yaş strukturuna görə sayı haqqında statistik məlumatlar ildə bir dəfə, hər ilin yekununa əsasən əldə edilir.

"2019-cu il yanvar ayının 1-i vəziyyətinə ölkə üzrə 100 və yuxarı yaşda əhalinin sayı 880 nəfər olub. 2018-ci ildə Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu göstəricisi əhali üzrə ümumilikdə 75,8 yaş, o cümlədən kişilərdə 73,3, qadınlarda isə 78,2 yaş olub".

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 2019 17:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə