Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gənc kursantların ali hərbi məktəbə qəbul olmaları münasibətilə tədbir keçirilib

Gənc kursantların ali hərbi məktəbə qəbul olmaları münasibətilə tədbir keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə gənc kursantların qəbulu münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən aldığımız məlumatda bildirilir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni ifa olunub.
Tədbirdə çıxış edənlər gənc kursantlara Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.
Çıxışlardan sonra Bakı şəhər Mədəniyyət Baş İdarəsinin incəsənət nümayəndələrinin rəngarəng konsert proqramı maraqla izlənilib.

 

“Xalq qəzeti”  

24 2019 16:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə