Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Britaniya sahil mühafizəsi 50 miqrantı xilas edib

Britaniya sahil mühafizəsi 50 miqrantı xilas edib

Böyük Britaniyanın sərhədçiləri və sahil mühafizəsi xidmətinin əməkdaşları La-Manş ­boğazında 50 miqrantı xilas ediblər. “TASS”ın verdiyi məlumata görə, xilas edilən miqrantlar Fransadan Birləşmiş Krallığın ərazisinə keçməyə ­çalışırmışlar.

Bildirilir ki, miqrantlar Kent və Sasseks qraflıqlarının sahillərində xilas ediliblər. Onların xilas edilməsi üzrə əməliyyata bir neçə gəmi və helikopter cəlb edilib.
Qeyd edək ki, 2019-cu ilin ilk 7 ayı ərzində La-Manş boğazı vasitəsi ilə Böyük Britaniya ərazisinə 1,2 mindən artıq miqrant keçməyə cəhd edib. Onların təxminən 0,4 mini Fransa polisləri tərəfindən saxlanılıb, digərləri isə İngiltərə sahillərinə çata biliblər.

 “Xalq qəzeti”

24 2019 15:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə