Ən son xəbərlər
ABŞ Prezidenti Donald Tramp G7 sammiti çərçivəsində Böyük Britaniya, Fransa, Yaponiya, Hindistan, Almaniya və Kanada liderləri ilə görüşəcək. Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlər üçün brifinq zamanı deyib.
Nümayəndə bildirib: “Biz gözləyirik ki, o, bir sıra ölkə liderləri ilə, o cümlədən Birləşmiş Krallığın Baş naziri B.Conson, Fransa Prezidenti E.Makron, Yaponiyanın Baş naziri S.Abe, Hindistanın Baş naziri N.Modi, Almaniyanın Kansleri A.Merkel və Kanadanın Baş naziri C.Trüdo ilə görüşlər keçirəcək”.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə