Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Çin arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Müdafiə ­naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə yeni təyin olunmuş Çin Xalq ­Respublikasının fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edən müdafiə naziri ona Azərbaycan ilə Çin arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.
Azərbaycan ilə Çin arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini vurğulayan general-polkovnik Z.Həsənov bunun gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Ölkəmizdə diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu bildirən səfir Azərbaycan-Çin əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səyini artıracağını qeyd edib.
Görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlıq, eləcə də mütəxəssislərdən ibarət qrupların qarşılıqlı səfərlərinin təşkili məsələləri müzakirə olunub.

“Xalq qəzeti”

 

24 2019 15:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
21 Sentyabr 2019 | 11:59
“Dağlıq Qarabağ düyünü”

Köhnə versiyamızdan xəbərləri izlə