Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cammu və Kəşmir hadisələri haqqında

Hindistanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli  Səfiri Cammu və Kəşmir hadisələri haqqında

Hindistanda Cammu və Kəşmir ilə əlaqəli son hadisələrlə əlaqədar Hindistan səfiri Bavitlunq Vanlalvavna ilə müsahibə zamanı səfir bildirdi ki, Hindistan konstitusiyasının Cammu və Kəşmirin xüsusi status verən müvəqqəti 370-ci maddəsinin bəzi müddəalarının ləğv edilməsi haqqında Hindistan Hökümətinin son qərarının məqsədi daha yaxşı idarəetmə və sosial-iqtisadi ədalət naminə Hökümətin öhdəliyinin yerinə yetirilməsidir.

Səfir daha sonra bu qərarın tamamilə Hindistanın yenidən qurulması daxili məsələsi olmasını qeyd etdi. Bu qərar heç bir halda Cammu və Kəşmirin sərhədlərini dəyişmir və bu səbəbdən, xarici təsiri və xüsusiyyəti yoxdur. Bundan əlavə, Hindistan konstitusiyasına dəyişiklik xalqın suveren məsələsidir və unikal və yaxud fövqəladə hal deyil, normal prosesdir.

Bu qərarın hansı konkret faydalar gətirəcəyi haqqında danışan diplomat vurğuladı ki, bu qərarla Hindistan höküməti bu qərarla ölkənin digər hissələrində artıq mövcud olan inkişaf və sosal-iqtisadi tərəqqi faydalarını xüsusilə də qadınlar və digər dezavantajlı qruplara daha səmərəli şəkildə çatdıra biləcək.

Səfir məşğulluq, əmlakın əldə olunması, məskunlaşma və təhsil təminatlarını məhdudlaşdıran 1954-cü ildə 370-ci maddə əsasında qəbul edilmiş qərarı xatırlatdı. Nəticədə, ştatdan kənar heç bir şirkət və yaxud fiziki şəxslərin Cammu və Kəşmir iqtisadiyyatına sərmayə qoymaq istəməməsi səbəbindən ştatın iqtisadi tərəqqəsinə yatırılan sərmayə ciddi şəkildə məhdudlaşdı. Həmin 370-ci maddəyə əsasən qeyri-ştat sakinləri ilə ailə qurmuş yerli qadın sakinlər öz əmlaklarını uşaqlarına ötürə bilməzdilər. Həmin maddəyə əsasən həmçinin, ölkənin digər hissələrindən fərqli olaraq Cammu və Kəşmirdə qadınlar yerli orqanlara seçkilərdə təmsil edilməkdən məhrum edilmişdi.

Cammu və Kəşmirin parlaq gələcəyi olduğunu qeyd edən Səfir, 370-ci maddəninləğvi nəticəsində Cammu və Kəşmirdə milli üsullarla qeyri-qənaətbəxş inteqrasiyanın pis təsir etdiyi idarəçiliyin inzibati səmərəlilikvə keyfiyyətinin əsaslı şəkildə təkmilləşəcəyini bildirdi. Əvvəllər inkişafdan geri qalan Cammu və Kəşmir indi sürətli iqtisadi inkişaf yolunda Hindistanın digər hissələrinə qoşulacaqdır.

O qeyd etdi ki, Mərkəzi hökümət tərəfindən əvvəllər ayrılan iri həcmli resurslar ( 2004-2019-cu illər ərzində 40 milyard ABŞ dolları) Cammu və Kəşmirin müvafiq inkişafı ilə nəticələnməmişdir. Səfir həmçinin, ölkə əhalisinin təxminən 1 %-ni təşkil edən Cammu və Kəşmirə keçən illər ərzində dövlət büdcəsinin 10 %-nin davamlı olaraq hökümət tərəfindən ayrıldığı faktını qeyd etdi.  

Cammu və Kəşmirin hazırkı vəziyyəti haqqında Səfir, 7/24 işıq, su və sanitasiya da daxil olmaqla əsas təchizatların təmin olunduğunu vurğuladı. Xəstəxana və tibbi təsisatlar normal fəaliyyət göstərir və dərman çatışmazlığı yoxdur. 19 avqustdan etibarən 190-dan çox ibtidai məktəb və 200-dən çox orta məktəb yenidən açılmışdır.

Səfir Hökümətin Cammu və Kəşmirə dair son qərarı nəticəsində heç bir ciddi zorakılıq insidentinin baş vermədiyini vurğuladı. O bildirdi ki, heç bir güllə atılmamışdır və can itkisi yoxdur. Səfir həmçinin,yerli orqanların rabitə təsisatları da daxil olmaqla qanun və nizamın qorunması üçün əvvəllər tətbiq edilmiş bir neçə məhdudiyyətləri tədricən yüngülləşdirdiyini qeyd etdi. 197 polis məntəqəsindən 136-si məhdudiyyətləri əhəmiyyətli dərəcədə azaltmışdır. Mütamadi mətbuat məlumatlarına diqqət çəkən Səfir, Cammu və Kəşmirə aid çox sayda xəbərlərin yayımlanmasının mətbuat üzərində belə məhdudiyyətlərin olmamasının göstəricisi olduğunu bildirdi.

 

Hindistanın Azərbaycandakı Səfirliyi

24 2019 15:05 - İQTİSADİYYAT
İQTİSADİYYAT

Köhnə versiyamızdan xəbərləri izlə