Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə pul nişanı buraxılıb

Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə pul nişanı buraxılıb

Türkiyədə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş 2,5 lirəlik bürünc xatirə pul nişanı buraxılıb.

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin təşəbbüsü ilə qardaş ölkənin zərbxanasında buraxılan sikkənin bir üzündə şairin rəsmi, digər tərəfində isə “Türkiye Cumhuriyeti 2,5 Türk Lirası” yazısı əks olunub.

Xatirə pul nişanına dair açıqlamada bildirilir ki, pul nişanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli və “2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli sərəncamları ilə əlaqədar zərb olunub.

 

“Xalq qəzeti”             

24 2019 14:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə